main-post-cover

    OnePlus Nord 3-ün nə zaman satışa çıxacağı barəsində məlumat verilib

    Cihazlar+
    01.03.2023
    Farid Pardashunas
        OnePlus şirkəti hal hazırda bir sıra smartfon modeli üzərində çalışır. Onların arasında OnePlus Nord 3 də var. İndi isə insayderlər sözügedən smartfonun nə zaman satışa çıxacağı barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən OnePlus Nord 3 smartfonu iyul ayında satışa çıxacaq. O, bu ay Çində təqdim ediləcək OnePlus Ace 2V smartfonunun qlobal versiyası olacaq. Gözləntilərə əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym AMOLED ekran, MediaTek Dimensity 9000 prosessoru, 8/16 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər