OnePlus Nord 3-ün real fotoları ortaya çıxıb

OnePlus Nord 3-ün real fotoları ortaya çıxıb

Mobil Cihazlar
19.05.2023 PAYLAŞIM

    Hələ təqdim olunmamış OnePlus Nord 3 smartfonu barəsində məlumatlar son zamanlarda tez-tez ortaya çıxır. İndi isə sözügedən smartfonun real fotoları ortaya çıxıb. Ortaya çıxmış real fotolar OnePlus Nord 3-ü həm ön həm də arxa paneldən olan dizaynını sərgiləyirlər. Fotolardan da görmək olar ki, OnePlus Nord 3 xarici görünüşcə OnePlus Ace 2V-nin kopyasıdır. Bu isə o deməkdir ki, OnePlus Nord 3 modeli OnePlus Ace 2V-nin qlobal versiyası olacaq.


    Son məlumat sızıntılarına əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacağı və özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Nord 3-ün ya iyun ya da iyul ayında təqdim ediləcəyi güman edilir.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×