
OnePlus Nord 3-ün rəsmi təqdimat müddəti məlum olub
OnePlus şirkəti OnePlus Nord 3 smartfonunu nə zaman təqdim edəcəyini açıqlayıb. Şirkət bildirib ki, smartfon gələn ay təqdim ediləcək. Bununla belə OnePlus smartfonun dəqiq təqdimat tarixini hələ açıqlamayıb. Son məlumat sızıntılarına əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym AMOLED ekran, MediaTek Dimensity 9000 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər