Logo
    main-post-cover

    OnePlus Nord 3-ün satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    14.06.2023
        OnePlus şirkəti hal hazırda OnePlus Nord 3 smartfonunun təqdimatına hazırlaşır. Dünən sözügedən smartfonun yeni render fotoları təqdim edilmişdi. İndi isə OnePlus Nord 3-ün satış qiymətləri barəsində məlumat verilib. Təqdim edilmiş satış qiymətləri smartfonun Avropa bazarı üçün nəzərdə tutulub. Beləliklə verilmiş məlumata əsasən OnePlus Nord 3-ün 8 GB RAM-a və 128 GB yaddaş həcminə sahib versiyası 449 avroya, 16 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası isə 549 avroya satılacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym AMOLED ekran, MediaTek Dimensity 9000 prosessoru, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun bu ay təqdim ediləcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...