OnePlus Nord 3-ün texniki özəllikləri barəsində yeni məlumatlar verilib

OnePlus Nord 3-ün texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Mobil Cihazlar
18.05.2023 PAYLAŞIM

    Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda Nord 3 smartfonu üzərində çalışır. İndi isə insayderlər onun texniki özəllikləri barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym AMOLED ekran ilə təchiz olunacaq.

    Smartfon MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq və özündə 12/16 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralara gəldikdə isə Nord 3 smartfonu 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olmalıdır. Smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayderlər bildiriblər ki, OnePlus Nord 3 OxygenOS 13 interfeysli Android 13 vasitəsilə çalışacaq. Smartfonun iyul ayında təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×