Logo
    main-post-cover

    OnePlus Nord 3-ün yeni render fotoları təqdim edilib

    Cihazlar+
    13.06.2023
    Emil
        İnsayderlər təqdimata hazırlaşan OnePlus Nord 3 smartfonunun keyfiyyətli render fotolarını və texniki göstəricilərini təqdim ediblər. Beləliklə render fotolardan da görmək olar ki, OnePlus Nord 3 bazara 2 gövdə rəngində satışa çıxacaq. Yaşıl və qara. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym AMOLED ekran ilə təchiz olunacaq və MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı OnePlus Nord 3 özündə 8/16 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olmalıdır. Qeyd etmək lazımdır ki, OnePlus Nord 3-ün bu ay təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər