
OnePlus Nord CE 3 Lite smartfonunun bəzi texniki özəlliklərini təsdiqləyib
OnePlus şirkəti 4 aprel tarixində baş tutacaq təqdimat tədbirini gözləmədən büdcəli OnePlus Nord CE 3 Lite smartfonunun əsas texniki göstəricilərini təqdim edib. Beləliklə şirkətin vermiş olduğu rəsmi məlumata əsasən OnePlus Nord CE 3 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.72 düym LCD ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri 108 MP-lik əsas arxa kamera olacaq. Bununla yanaşı smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Şirkət bildirib ki, OnePlus Nord CE 3 Lite smartfonu OxygenOS 13.1 interfeysli Android 13 vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər