
OnePlus Nord CE 3 Lite smartfonunun dəqiq şəkildə hansı prosessora sahib olacağı məlum olub
OnePlus şirkətinin hələ təqdim edilməmiş yeni smartfonu Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıb. Söhbət, OnePlus Nord CE 3 Lite smartfonundan gedir. Geekbench-in məlumatlar bazasında bu smartfonun dəqiq olaraq hansı prosessor vasitəsilə çalışacağı əks olunub. Beləliklə məlumata əsasən OnePlus Nord CE 3 Lite modeli Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və həmçinin 8 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı smartfon Android 13 əməliyyat sisteminə sahib olacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 688 xal, çox nüvəi testi çərçivəsində isə 1795 xal toplayıb. OnePlus Nord CE 3 Lite modelinin digər texniki göstəriciləri məlum deyil. Lakin daha öncəki məlumat sızıntılarına əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym LCD ekran, 108 MP-lik əsas arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən OnePlus Nord CE 3 Lite smartfonu gələn ayın əvvəlində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər