Logo
    main-post-cover

    OnePlus Nord CE 3-ün texniki göstəriciləri barəsində məlumatlar verilib

    Cihazlar+
    21.06.2023
    Emil
        OnePlus şirkəti bir neçə müddət bundan öncə OnePlus Nord CE 3 Lite smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu seriyanın yeni modeli üzərində çalışır. Söhbət, OnePlus Nord CE 3-dən gedir. İnsayderlər sözügedən smartfon barəsində məlumatlar veriblər. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord CE 3 smartfonu Ziti kod adına sahibdir.
        Məlumata əsasən OnePlus Nord CE 3 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 950 nit təşkil edəcək. Smartfon Snapdragon 782G prosessoru vasitəsilə çalışacaq və 12 GB RAM ilə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Nord CE 3 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər