Logo
    main-post-cover

    OnePlus Nord CE 3-ün texniki özəllikləri məlum olub

    Cihazlar+
    02.03.2023
        Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər OnePlus şirkəti OnePlus Nord CE 3 smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat verilib. Beləliklə verilmiş məlumata əsasən OnePlus Nord CE 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfyyətli 6.72 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 782G prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Nord CE 3 smartfonunun nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur. Lakin onun iyul ayında təqdim ediləcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Nord CE 3-ün texniki özəllikləri məlum olub | Technote