OnePlus Nord N200 smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
16.06.2021
Emil Nəcəfov
Öncədən heç bir elan etmədən OnePlus şirkəti OnePlus Nord N200 adlı yeni smartfonunu təqdim edib. Keçən ilki Nord N100 ilə müqayisədə Nord N200 modeli bir sıra yeniliklər əldə edib. Beləliklə OnePlus Nord N200 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym LCD ekran əldə edib. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Əsas texniki göstəricilərə gəldikdə, smartfon Snapdragon 480 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqma) + 2 MP (makroobyektiv) + 2 MP (ToF obyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. OnePlus Nord N200 smartfonu 25 iyun tarixində 240$ qiymətində satışa çıxacaq. Məlumata əsasən o hələ ki, ABŞ və Kanadada satılacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!