Logo
    main-post-cover

    OnePlus Nord N30 smartfonu barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    20.04.2023
    Emil
        OnePlus şirkəti bir neçə müddət bundan öncə OnePlus Nord CE 3 Lite smartfonunu təqdim etmişdi. İndi isə şirkət OnePlus Nord smartfon seriyasının digər modeli üzərində çalışır. Söhbət, OnePlus Nord N30-dan gedir. Sözügedən yeni smartfon OnePlus Nord N20-nin davamçısı olacaq. Məlum olub ki, Nord N30 smartfonu Google Play Console-un məlumatlar bazasında ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Nord N30 modeli Nord CE 3 Lite modelinin sahib olduğu texnoloji özəllikləri əldə edəcək.
        Bu isə o deməkdir ki, OnePlus Nord N30 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym LCD ekran, Snapdragon 695 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 2 MP ikili arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus Nord N30-un təqdimatı yaxın zamanda baş tutmalıdır. Bəzi məlumatlara əsasən onun qlobal bazarda satılma şansı çox azdır. Belə ki, şirkət smartfonu yalnız ABŞ bazarında satışa çıxartmağı nəzərdən keçirdir.
    Paylaş
    Bənzər xəbərlər