Logo
    main-post-cover

    OnePlus Nord N30-un fotosu ortaya çıxıb

    Cihazlar+
    26.04.2023
    Emil
        OnePlus şirkətinin hal hazırda hazırladığı smartfonlardan biri də OnePlus Nord N30-dur. İnsayderlər sözügedən smartfonun fotosunu təqdim ediblər. Təqdim edilmiş foto OnePlus Nord N30 barəsində daha əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Belə ki, OnePlus Nord N30 smartfonu xarici görünüşcə bir neçə müddət bundan öncə təqdim edilmiş OnePlus Nord CE 3 Lite modelinə bənzəyəcək. OnePlus Nord N30 yastı ekran, ikili arxa kamera və yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.
        Son məlumat sızıntılarına əsasən OnePlus Nord N30 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym LCD ekrana, Snapdragon 695 prosessoruna, 8 GB RAM-a, 128/256 GB daxili yaddaş həcminə, 108 MP + 2 MP ikili arxa kameraya, 16 MP-lik ön kameraya və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon yaxın zamanda ABŞ-da təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər