Logo
    main-post-cover

    OnePlus Open 2 smartfon bazarının ən nazik gövdəli qatlana bilən smartfonu ola bilər

    Cihazlar+
    13.01.2025
    Emil
         OnePlus 2025-ci ildə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışan ilk qatlana bilən smartfonu təqdim edəcək şirkət ola bilər. Söhbət, OnePlus Open 2-dən gedir. İnsayderlər xəbər veriblər ki, OnePlus-ın yeni qatlana bilən smartfonunun gövdəsi birinci nəsil OnePlus Open-in gövdəsindən daha nazik olacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, OnePlus Open 2 bazarda ən nazik gövdəli qatlana bilən smartfon ola bilər.
         Məlumatda qeyd edilib ki, OnePlus Open 2-nin gövdəsində titan materialdan istifadə ediləcək və bunun sayəsində smartfon yüksək dözümlülüyə sahib olacaq. Gözləntilərə əsasən bu yeni qatlana bilən smartfon 6000 mAh enerji tutumlu batareyanı əldə edəcək və özündə üçlü arxa kameranı birləşdirəcək. Bundan əlavə olaraq birinci nəsil OnePlus Open ilə müqayisədə OnePlus Open 2 sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə etməlidir. OnePlus Open 2-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş