
OnePlus Open-in bəzi texniki göstəriciləri açıqlanıb
Cihazlar+
16.10.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan qatlana bilən OnePlus Open smartfonunun bəzi texniki göstəricilərini bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Open-in ekranlarından biri 120 Hz-lik təsvir yenilənməsinə və 2K keyfiyyətinə sahib olacaq. Onun maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edəcək. Lakin bu göstəricilərin smartfonun daxili və ya xarici ekrana aid olduqları barəsində məlumat verilməyib.
Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon 48 MP + 48 MP + 48 MP üçlü arxa kameraya sahib olacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. OnePlus Open özündə 16 GB-a kimi RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 100 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, OnePlus Open-in təqdimatı 19 oktyabr tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Xiaomi-nin Intel Meteor Lake prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib
Xiaomi şirkəti öz noutbuk portfoliosunu yeni model ilə genişləndirməyi hədəfləyib.

Elm & Texnologiya
Apple 24 düym ekranlı yenilənmiş iMac üzərində çalışır
Yaponiyanın Mac Otakara adlı resursunun verdiyi məlumata əsasən Apple şirkəti hal hazırda yenilənmiş iMac üzərində çalışır.

Cihazlar+
Xiaomi 14 Ultra-nın potensial şarj gücü barəsində məlumat ortaya çıxıb
Xiaomi şirkəti artıq bu ay Xiaomi 14 smartfon seriyasını təqdim etməlidir.

Cihazlar+
Samsung Galaxy S24 Ultra-nın kamera göstəriciləri təqdim edilib
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək.

Sosial Media
Threads-ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib
Meta şirkətinin CEO-su Mark Zuckerberg, şirkətin X (keçmiş Twitter) analoqu olan Threads-ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
