main-post-cover

    OnePlus Open rekord dəstək müddətinə sahib ola bilər

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         Bu ayın əvvəlində Google şirkəti Pixel 8 smartfonlarını təqdim edən zaman qeyd etmişdi ki, onların dəstək müddətləri 7 il təşkil edəcək. Yəni Pixel 8 və Pixel 8 Pro smartfonları 7 il ərzində Android və təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Bu qədər dəstək müddəti iPhone-ların dəstək müddətlərinin fonunda olduqca cəlbedicidir. Belə ki, uzun illər ərzində öz smartfonlarının olduqca uzun müddət ərzində dəstəklənməsi mövzusunda məhz Apple lider şirkət idi.
         Lakin bəzi insayderlərin vermiş olduqları məlumata əsasən OnePlus şirkəti bu mövzuda daha da irəli gedəcək. Belə ki, onların sözlərinə əsasən artıq sabah təqdim ediləcək qatlana bilən OnePlus Open smartfonu 10 il dəstək müddətinə sahib olacaq. Bu məlumatın nə dərəcədə doğru olduğu məlum deyil. Bundan əlavə olaraq smartfonun 10 il ərzində həm Android həm də təhlükəsizlik yenilənmələrini əldə edəcəyi də aydın deyil. Heç istisna deyil ki, OnePlus Open 7 il ərzində Android dəstəyini, əlavə 3 il ərzində isə təhlükəsizlik dəstəyini əldə etsin. Hər halda bu mövzu ilə bağlı dəqiq məlumat artıq sabah veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-oppo-find-n3-un-reklam-materiallari-teqdim-edilib
    Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub
    teqdimatdan-bir-gun-once-oneplus-open-in-bezi-texniki-gostericileri-melum-olub
    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?
    samsung-galaxy-s24-ve-oneplus-12-smartfonlarinin-ekranlarinda-parlaqliq-hansi-seviyyede-olacaq
    Qatlana bilən OnePlus Open yeni videoda sərgilənib (VİDEO)
    qatlana-bilen-oneplus-open-yeni-videoda-sergilenib-video
    Gələn ilki OnePlus Nord 4 barəsində ilk məlumatlar verilib
    gelen-ilki-oneplus-nord-4-baresinde-ilk-melumatlar-verilib