
OnePlus öz ilk qatlana bilən smartfonunu bu il təqdim edəcəyini təsdiqləyib
Cihazlar+
28.02.2023
Emil
OnePlus şirkəti MWC 2023 sərgisi çərçivəsində bir daha təsdiqləyib ki, o öz ilk qatlana bilən smartfonunu bu il ərzində anons etməyi hədəfləyib. OnePlus təmsilçisinin sözlərinə əsasən şirkət ilk qatlana bilən smartfonunu bu ilin üçüncü rübündə (iyul, avqust və ya sentyabr) satışa çıxartmağı planlaşdırır. Şirkət ilk qatlana bilən smartfonunun texniki özəllikləri barəsində hələ heç bir məlumat verməsə də, qeyd edib ki, bu, flaqman özəlliklərə sahib olacaq bir smartfon olacaq. Buna görə də güman etmək olar ki, smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. OnePlus-ın qatlana bilən smartfonu xarici görünüşcə Galaxy Z Fold-a bənzəyəcək. Müvafiq olaraq qatlana bilən smartfon Galaxy Z Fold və bazarda ona bənzəyən digər qatlana bilən smartfonlarla rəqabət aparacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
