Logo
    main-post-cover

    OnePlus öz ilk qatlana bilən smartfonunun tizer fotosunu təqdim edib

    Cihazlar+
    10.10.2023
    Emil
         Biz artıq dəfələrlə məlumat vermişik ki, OnePlus şirkəti öz ilk qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Open adlı qatlana bilən smartfondan gedir. Görünür, bu smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, OnePlus öz ilk qatlana bilən smartfonunun yaxın zamanda təqdim olunacağına işarə edən tizer fotonu paylaşıb. OnePlus Open-in dəqiq təqdimat tarixi barəsində məlumat yoxdur.
         Lakin çox güman ki, smartfon artıq bu ay təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus Open 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym xarici AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 64 MP + 48 MP + 48 MP üçlü arxa kamera ilə 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
     
    Paylaş