
OnePlus öz smartfonlarında MediaTek prosessorlarının istifadəsini dayandıracaq
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus şirkəti öz smartfonlarında MediaTek prosessorlarından istifadəni dayandıracaq. Bununla belə şirkətin bu qərarı yaxın zamanda satışa çıxacaq bütün smartfonlarını əhatə edir. İnsayder həmçinin OnePlus-ın yaxın gələcəkdəki smartfonlarının hansı prosessorlara sahib olacaqlarını açıqlayıb. Məlumata əsasən şirkət öz flaqman, subflaqman və orta büdcəli smartfonları üçün Snapdragon 8 Gen 3, Snapdragon 8 Gen 2 və Snapdragon 7 Gen 3 prosessorlarını seçəcək.
- Snapdragon 8 Gen 3 - OnePlus 12
- Snapdragon 8 Gen 2 - OnePlus 12R
- Snapdragon 7 Gen 3 - OnePlus Nord 4/5.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...