Logo
    main-post-cover

    OnePlus öz yeni konseptual smartfonunun dizayn özəlliklərini sərgiləyib

    Cihazlar+
    21.02.2023
    Emil
        OnePlus şirkəti OnePlus 11 smartfonunun təqdimatı zamanı qeyd etmişdi ki, o, fevral ayında yeni konseptual smartfonunu sərgiləyəcək. Söhbət, OnePlus 11 modelinin konseptual versiyasından gedir. İndi isə şirkət söz verilmiş konseptual smartfonun bəzi dizayn özəlliklərini sərgiləyib. Təqdim edilmiş fotolarda konseptual smartfonun arxa paneli əks olunub. Smartfonun arxa panelində daha parlaq rəng və LED elementlərlə yanaşı görmək olar ki, standart OnePlus 11-in dairəvi arxa kamera sahəsi ilə müqayisədə konseptual smartfonun arxa panelindəki dairəvi kamera sahəsi daha böyük ölçüyə sahibdir. Şirkət tərəfindən təqdim edilmiş bu fotolar konseptual smartfonun dizaynını yalnız qismən sərgiləyirlər.
        Lakin ilk fotoda smartfonun arxa panelindəki dekorativ zolağı yaxşı görmək olar. Həmin dekorativ zolaq arxa paneldə ziqzaq formasında yerləşdirilib və arxa kamera sahəsini əhatə edir. Bununla yanaşı fotodan da görmək olar ki, dairəvi kamera sahəsinin daxilində 3 kamera obyektivi və nə üçün nəzərdə tutulduğu bilinməyən bir sıra element mövcuddur. İkinci fotoda isə arxa panelin alt hissəsi əks olunub. Güman olunur ki, arxa panelin alt hissəsinə soyutma sisteminin plastini yerləşdirilib. OnePlus sözügedən konseptual smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət öz yeni konseptual smartfonunu 27 fevral tarixində MWC 2023 sərgisi çərçivəsində sərgiləyəcək.
    Paylaş
    Bənzər xəbərlər