
OnePlus qatlana bilən qapaqlı smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus şirkəti öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Məlumatda qeyd edilib ki, smartfon OnePlus V Flip adlanacaq. İnsayder əlavə edib ki, şirkət OnePlus V Flip smartfonunu 2025-ci ilin ikinci rübündə satışa çıxartmağı planlaşdırır. Daha öncə güman olunurdu ki, OnePlus şirkəti flip form-faktorlu smartfonunu bu ilin üçüncü rübündə satışa çıxaracaq. Lakin nəticədə bu, baş vermədi. İlin sonunun yaxınlaşmasına baxmayaraq şirkət hətta OnePlus Open 2-ni də təqdim etmədi. Çox güman ki, OnePlus Open 2 də artıq gələn il təqdim ediləcək. OnePlus V Flip-ə gəldikdə isə onun hansı texniki imkanlara sahib olacağı barəsində heç bir məlumat yoxdur.

Paylaş