OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

Mobil Cihazlar
29.07.2020 PAYLAŞIM

    OnePlus Nord smartfonu OnePlus şirkətinin tarixində uzun müddətdən sonra ilk orta büdcəli model oldu. Görünür, bu yeni smartfon seriyasına yaxın zamanda daha bir model əlavə olunacaq. Belə ki, OxygenOS istifadəçi interfeysini araşdıran zaman XDA-Developers saytının mütəxəssisləri şirkətin yeni büdcəli smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar aşkar ediblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumat sızıntısına əsasən yeni OnePlus Nord modeli Snapdragon 690 prosessoruna sahib olacaq.

    Qeyd etmək lazımdır ki, bu prosessor 5G modem ilə təchiz olunur. OnePlus Nord üçün istifadəyə verilmiş OxygenOS 10.5 interfeysinin kodunda təqdim olunmamış bir neçə smartfon modeli qeyd olunub. İnsayderlərin fikirlərinə əsasən BE2025, BE2026, BE2028 BE2029 kod nömrələri altında yeni Nord modelləri gizlənirlər. Güman olunur ki, daha büdcəli prosessora keçid sayəsində smartfonların qiymətləri aşağı düşəcək. OnePlus şirkəti bu barədə rəsmi bir fikir bildirməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti iPhone 12 modellərini mərhələli şəkildə satışa çıxarda bilər..

Keçən hətfə Apple şirkətinin maliyyə işləri üzrə baş vitse-prezidenti Luca Maestri investorlarla gör..


Xiaomi-nin hansı smartfonları Android 11-i əldə edəcəklər? - SİYAHI

Xiaomi forumunda Android 11 əməliyyat sistemini əldə edəcək smartfonların siyahısı qeyd olunub...


Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə ki..


Google büdcəli Pixel 4a-nı təqdim edib - QİYMƏTİ

Google şirkəti özünün büdcəli Pixel 4a smartfon modelini təqdim edib. Büdcəli smartfon olmasına baxm..


Samsung şirkəti Galaxy Note 20 smartfonlarını fərqli kateqoriyaya aid edəcək: Ha..

Heç kim şübhə etmir ki, müasir smartfonlar performans baxımından əla nəticələr sərgiləyirlər və yüks..


Apple şirkəti App Store-dan minlərlə Çin tətbiqini silməyə başlayıb

Apple şirkəti App Store-dan bir çox Çinə aid tətbiqi silməyə başlayıb.

×