OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

Mobil Cihazlar
29.07.2020 PAYLAŞIM

    OnePlus Nord smartfonu OnePlus şirkətinin tarixində uzun müddətdən sonra ilk orta büdcəli model oldu. Görünür, bu yeni smartfon seriyasına yaxın zamanda daha bir model əlavə olunacaq. Belə ki, OxygenOS istifadəçi interfeysini araşdıran zaman XDA-Developers saytının mütəxəssisləri şirkətin yeni büdcəli smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar aşkar ediblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumat sızıntısına əsasən yeni OnePlus Nord modeli Snapdragon 690 prosessoruna sahib olacaq.

    Qeyd etmək lazımdır ki, bu prosessor 5G modem ilə təchiz olunur. OnePlus Nord üçün istifadəyə verilmiş OxygenOS 10.5 interfeysinin kodunda təqdim olunmamış bir neçə smartfon modeli qeyd olunub. İnsayderlərin fikirlərinə əsasən BE2025, BE2026, BE2028 BE2029 kod nömrələri altında yeni Nord modelləri gizlənirlər. Güman olunur ki, daha büdcəli prosessora keçid sayəsində smartfonların qiymətləri aşağı düşəcək. OnePlus şirkəti bu barədə rəsmi bir fikir bildirməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×