
OnePlus şirkəti OnePlus 12 smartfonunun testlərinə start verib
OnePlus şirkəti bu ilin əvvəlində OnePlus 11 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, OnePlus 12-dən gedir. İnsayderlərin sözlərinə əsasən şirkət artıq OnePlus 12-ni test edir və test edilən model periskop kamera obyektivinə sahibdir. Bununla yanaşı insayderlər bildiriblər ki, OnePlus 12 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon barəsində digər bir məlumat təqdim edilməyib. OnePlus 12-ni yaxın zamanda gözləmək lazım deyil. Onun bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim ediləcəyi güman edilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...