Logo
    main-post-cover

    OnePlus şirkətinın təqdim olunmamış yeni büdcəli smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    06.08.2020
    Emil
        OnePlus şirkətinin təqdim olunmamış yeni büdcəli smartfon modeli Geekbench bençmark saytında ortaya çıxıb. Geekbench testlərinə əsasən Clover kod adına sahib sözügedən smartfon OnePlus Nord seriyasının ən büdcəli smartfon modeli olacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Geekbench məlumatlarına əsasən OnePlus şirkətinin yeni büdcəli smartfonu Snapdraogn 660 prosessoru və 4 GB RAM ilə təchiz olunub.
        Testdən keçmiş model Android 10 əməliyyat sistemi vasitəsilə çalışıb. Sözügedən smartfon Geekbench-in birnüvəli testində 336 xal, çoxnüvəli testində isə 1495 xal toplayıb. Əgər bu məlumatlar öz təsdiqini tapsa, deməli OnePlus şirkəti özünün Nord seriyasının ən büdcəli smartfon modeli üzərində çalışır. Şirkətin yeni büdcəli smartfonunun təqdimat tarixi barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər