Logo
    main-post-cover

    OnePlus yanvarda bir neçə yeni məhsulunu təqdim edəcək

    Cihazlar+
    13.09.2023
        İnsayderlər OnePlus şirkətinin 2024-cü il üçün olan planları barəsində məlumat veriblər. Onların sözlərinə əsasən şirkət hal hazırda minimum 5 ədəd yeni cihaz üzərində çalışır. Söhbət, OnePlus 12 flaqman smartfonlarından və OnePlus 12R smartfonundan gedir. Bundan əlavə olaraq şirkət OnePlus Pad Go adlı büdcəli planşeti satışa çıxartmağa hədəflənib Qeyd etmək lazımdır ki, hələ keçən həftə şirkətin OnePlus Pad Go adlı planşet üzərində çalışdığı barəsində məlumat ortaya çıxmışdı. Üstəlik şirkət OnePlus Buds Pro 3 naqilsiz qulaqlığı və yeni büdcəli smart saat üzərində çalışır. İnsayderlər bildiriblər ki, şirkət bu cihazların əksəriyyətini gələn ilin yanvar ayı ərzində təqdim edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus yanvarda bir neçə yeni məhsulunu təqdim edəcək | Technote