main-post-cover

    OPPO A2x adlı yeni büdcəli smartfon təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.10.2023
    Emil Nəcəfov
         OPPO şirkəti OPPO A2x adlı yeni büdcəli smartfonunu təqdim edib. Aşağı satış qiymətinə sahib olmasına baxmayaraq sözügedən smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A2x smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 720 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik OPPO A2x-in gövdəsi IP54 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 6020 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A2x Android 13 vasitəsilə çalışır. Smartfon 14 oktyabr tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. OPPO A2x-in Çin bazarındakı qiymətləri aşağıdakı kimi olacaq.
    - 6 GB RAM + 128 GB yaddaş - 153$
    - 8 GB RAM + 256 GB yaddaş - 195$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun növbəti versiyası daha yüngül olmalıdır
    apple-vision-pro-nun-novbeti-versiyasi-daha-yungul-olmalidir
    AnTuTu sentyabr ayı üzrə istifadəçilərin ən çox razı qaldıqları smartfonların reytinqini təqdim edib
    antutu-sentyabr-ayi-uzre-istifadecilerin-en-cox-razi-qaldiqlari-smartfonlarin-reytinqini-teqdim-edib
    Qatlana bilən OnePlus Open-in yeni render fotoları və satış qiyməti təqdim olunub
    qatlana-bilen-oneplus-open-in-yeni-render-fotolari-ve-satis-qiymeti-teqdim-olunub
    Xiaomi-nin avtomobil zavodunun ilk fotoları təqdim edilib
    xiaomi-nin-avtomobil-zavodunun-ilk-fotolari-teqdim-edilib
    Qatlana bilən OPPO Find N3 Fold-un yeni fotoları ortaya çıxıb
    qatlana-bilen-oppo-find-n3-fold-un-yeni-fotolari-ortaya-cixib