Logo
    main-post-cover

    OPPO Air Glass 3 adlı yeni konseptual AR eynək təqdim edilib

    Cihazlar+
    27.02.2024
         OPPO şirkəti MWC 2024 sərgisi çərçivəsində Air Glass 3 adlı AR eynək prototipini sərgiləyib. Bu AR eynəyin əsas fərqləndirici tərəfi isə ondadır ki, o, süni zəka dəstəyinə sahibdir. OPPO-nun bu yeni AR eynəyi dünyanın ən yüngül AR eynəyi statusunu qazana bilər. Belə ki, onun çəkisi cəmi 50 qramm təşkil edir. OPPO Air Glass 3 adi eynək dizaynına sahibdir. Bununla yanaşı sözügedən AR eynək özündə səsli köməkçini və OPPO-nun AndesGPT adlı çat-botu əsasında çalışan süni zəkanı birləşdirir. Yüngül konstruksiyaya sahib olmasına baxmayaraq OPPO Air Glass 3 olduqca parlaq ekranlara sahibdir. Belə ki, AR eynəyin ekranlarının maksimal parlaqlıq səviyyələri 1000 nit təşkil edir. Bu cür parlaqlıq səviyyəsi isə Spark adlı mikroproyektor tərəfindən təmin olunur. OPPO Air Glass 3 hal-hazırda prototip mərhələsində olduğu üçün onun nə zaman və hansı qiymətə satışa çıxacağı məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OPPO Air Glass 3 adlı yeni konseptual AR eynək təqdim edilib | Technote