main-post-cover

    OPPO artıq Find X8 flaqman smartfon seriyası üzərində çalışmağa başlayıb

    Cihazlar+
    15.02.2024
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ay OPPO Find X7 flaqman smartfon seriyasını təqdim etdi. Lakin verilmiş məlumata əsasən şirkət artıq OPPO Find X8 smartfon seriyası üzərində çalışmağa başlayıb. Məlumatda qeyd edilib ki, hazırlanan OPPO Find X8 seriyasına iki model daxil olacaq. OPPO Find X8 və Find X8 Ultra. Qeyd etmək lazımdır ki, keçən ay təqdim edilmiş OPPO Find X7 seriyasına da iki model daxildir. Söhbət, OPPO Find X7 və Find X7 Ultra-dan gedir.
         Məlumata əsasən OPPO Find X8 modeli MediaTek-in bu il təqdim edəcəyi Dimensity 9400 prosessoru, OPPO Find X8 Ultra modeli isə Qualcomm-un payız fəslində təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Smartfonlar barəsində digər bir məlumat hələ yoxdur. OPPO Find X8 smartfon seriyasının yaxın zamanda təqdim olunacağını gözləmək lazım deyil. Çox güman ki, bu smartfon seriyası 2025-ci ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaxın zamanda Android 14-ü əldə edəcək OPPO smartfonlarının siyahısı təqdim edilib
    yaxin-zamanda-android-14-u-elde-edecek-oppo-smartfonlarinin-siyahisi-teqdim-edilib
    OPPO Reno 11F 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    oppo-reno-11f-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan OPPO Reno 11F 5G-nin yeni fotoları ortaya çıxıb
    teqdimata-hazirlasan-oppo-reno-11f-5g-nin-yeni-fotolari-ortaya-cixib
    Hələ təqdim olunmamış OPPO Reno 12 smartfonlarının texniki göstəriciləri və satış qiymətləri açıqlanıb
    hele-teqdim-olunmamis-oppo-reno-12-smartfonlarinin-texniki-gostericileri-ve-satis-qiymetleri-aciqlanib
    OPPO Reno 11F 5G smartfonunun yeni fotosu və texniki göstəriciləri təqdim edilib
    oppo-reno-11f-5g-smartfonunun-yeni-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib