
OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib
OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, sözügedən smartfon avqust ayının sonunda Çində təqdim olunmuşdu. İndi isə OPPO-nun Hindistan üzrə şöbəsi smartfonun qlobal versiyasının ilk tizer fotosunu təqdim edib. Tizer fotoda smartfonun təqdimat tarixi əks olunmayıb. Lakin son məlumat sızıntılarına əsasən OPPO Find N3 Flip-in qlobal versiyası bu ayın ortasında təqdim ediləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...