
OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimat müddəti məlum olub
Cihazlar+
03.10.2023
Emil
OPPO şirkəti avqust ayının sonunda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi. Hal hazırda şirkət onun qlobal versiyasının təqdimatına hazırlaşır. Dünən OPPO Find N3 Flip-in qlobal versiyası Geekbench-in məlumatlar bazasında ortaya çıxdı. İndi isə qlobal versiyanın nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Görünür, OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimatı artıq çox yaxındır. İnsayderlərin sözlərinə əsasən şirkət smartfonun qlobal versiyasını bu ayın ortasında təqdim etməyi planlaşdırır. Əgər bu məlumat doğrudursa, deməli şirkət yaxın zamanda OPPO Find N3 Flip-in qlobal versiyası barəsində materialları təqdim etməyə başlayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
