Logo
    main-post-cover

    OPPO Find N3-ün real fotoları ortaya çıxıb

    Cihazlar+
    13.10.2023
    Emil
         OPPO şirkəti qatlana bilən OPPO Find N3 smartfonunun təqdimatını artıq anons edib. Şirkətin yeni qatlana bilən smartfonu 19 oktyabr tarixində təqdim olunacaq. İndi isə internetdə OPPO Find N3-ün real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfon qırmızı gövdə rəngində əks olunub. Bununla yanaşı sözügedən real fotolar smartfonun daha öncə ortaya çıxmış render fotolarını təsdiqləyir. Belə ki, OPPO Find N3 arxa paneldən dairəvi formalı kamera sahəsinə sahib olacaq və onun daxilində 3 ədəd kamera obyektivi yerləşəcək. Fotolar vasitəsilə həmçinin smartfonun çəkisi və qatlanmış vəziyyətdə qalınlığı məlum olub. Beləliklə OPPO Find N3-ün çəkisi 245 qramm, qatlanmış vəziyyətdə qalınlığı isə 12.44 mm təşkil edəcək.
    Paylaş