
OPPO Find N5-in gövdə qalınlığı rəsmi şəkildə açıqlanıb
Cihazlar+
13.02.2025
Emil
OPPO yeni texnoloji təqdimat keçirib və təqdimata hazırlaşan qatalan bilən Find N5 smartfonu haqqında rəsmi detalları açıqlayıb. Bu cihaz bazardakı ən incə və texnoloji cəhətdən ən inkişaf etmiş qatlana bilən smartfonlardan biri olmağa namizəddir. Find N5 rekord dərəcədə az qalınlığa malikdir - qara və ağ rəngli versiyalarda cəmi 8.93 mm, bənövşəyi rəngli model isə bir qədər qalındır - 9.35 mm. Qeyd etmək lazımdır ki, söhbət, smartfonun qatlanmış vəziyyətdəki gövdə qalınlığından gedir.

Bu göstəricilər titan ərintisindən hazırlanmış innovativ şarnir konstruksiyası sayəsində mümkün olub. Şarnir konstruksiyası bir neçə unikal texnologiyanı özündə birləşdirir. Sənayedə ilk dəfə tətbiq olunan 3D-çaplı titan ərintisindən hazırlanmış panel, “beş yay, dörd ötürücü” sistemi və su damcısı formasının ideal rekonstruksiyası. OPPO-nun açıqlamasına görə, bu texnologiya titan ərintisindən hazırlanmış 3D-çaplı kommersiya məhsullarının ən incə səviyyəsini 100% artırmağa imkan verib.
Find N5 həmçinin sənayedə ilk tam suya davamlı qatlana bilən flaqman olub və IPX6, IPX8 və IPX9 standartlarının tələblərinə cavab verir. Xarici ekran Crystal Shield adlı supermöhkəm keramika şüşəsi ilə qorunur. Arxa panel ultra nazik lif materialdan, orta çərçivə isə titan ərintisindən hazırlanıb. OPPO daxili ekrandakı qatlanma izinin minimuma endirilməsinə xüsusi diqqət yetirib. Qatlanma izinin dərinliyi 0.15 mm-dən az, eni 20 mm-dən aşağı, qatlanma bucağı isə 2.5 dərəcədən kiçikdir. Bu göstəricilər German Rhine No-Sensitive Crease və Folding Worry-Free sertifikatları ilə təsdiqlənib.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən OPPO Find N5-in təqdimatı rəsmi şəkildə anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunun təqdimatını rəsmi şəkildə anons edib. Söhbət, OPPO Find N5-dən gedir.

Cihazlar+
Təqdimata hazırlaşan OPPO Find X8 Mini barəsində yeni təfərrüatlar təqdim edilib
OPPO şirkəti yeni flaqman smartfonu Find X8 Mini-nin təqdimatına hazırlaşır. Bu cihazın mart ayında Find X8 Ultra modeli ilə birlikdə təqdim ediləcəyi gözlənilir.

Cihazlar+
Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
OPPO bu ay ərzində qatlana bilən OPPO Find N5 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində bu yeni smartfonun ilk keyfiyyətli render fotolarını bölüşüb.

Cihazlar+
OPPO Find X9 Ultra barəsində ilk məlumat verilib
OPPO şirkəti bu il ərzində OPPO Find X9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də OPPO Find X9 Ultra olmalıdır.

Cihazlar+
OPPO Find N5 qatlana bilən smartfonların əsas problemlərindən birini aradan qaldıracaq
OPPO şirkəti öz yeni qatlana bilən smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. Söhbət, OPPO Find N5-dən gedir. Son zamanlarda bu smartfon barəsində çoxlu sayda məlumat ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
