
OPPO Find X7-nin texniki göstəriciləri AnTuTu testləri sayəsində təsdiqlənib
Cihazlar+
16.11.2023
Emil
OPPO şirkətinin hazırladığı OPPO Find X7 flaqman smartfonunun AnTuTu testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi məlumatlar təsdiqlənib. Beləliklə AnTuTu testlərinə əsasən OPPO Find X7 smartfonu MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq. AnTuTu testlərindən smartfonun 16 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyası keçib. Smartfon ümumilikdə AnTuTu-da 2 270 677 xal toplayıb. Məlumatda qeyd edilib ki, smartfonun sahib olduğu RAM yaddaşı LPDDR5 standartlı, daxili yaddaş həcmi isə UFS 4.0 standartlıdır. OPPO Find X7 smartfon seriyasının nə zaman təqdim olunacağı hələ bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
