
OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
Cihazlar+
10.07.2024
Emil
Heç sirr deyil ki, OPPO şirkəti hal-hazırda OPPO Find X8 flaqman smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də adi OPPO Find X8 olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən modelin texniki imkanları barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find X8 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.4 düym ölçülü yastı ekranı əldə edəcək.
Məlumatda qeyd edilib ki, smartfon böyük ehtimal ilə MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessorun ilin sonuna yaxın təqdim olunacağı gözlənilir. İnsayder həmçinin bildirib ki, OPPO Find X8 smartfonu 50 MP-lik əsas arxa kameranı və 3 qat optik zoom özəlliyinə sahib 50 MP-lik ultra geniş bucaqlı kameranı əldə edəcək. OPPO Find X8 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
