Logo
    main-post-cover

    OPPO Find X8-in yeni real fotosu ortaya çıxıb

    Cihazlar+
    11.09.2024
    Emil
         OPPO şirkəti oktyabr və ya noyabrda OPPO Find X8 smartfon seriyasını təqdim etməlidir. İndi isə internetdə adi OPPO Find X8-in real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız ön paneli əks olunub. Fotoya əsasən OPPO Find X8 smartfonu yastı ekranı əldə edəcək. Üstəlik smartfon iPhone-larda olan Dynamic Island kimi ekran üzərindəki çıxıntı daxilində bildirişləri əks etdirə biləcək.
         Son məlumat sızıntılarına əsasən OPPO-nun bu yeni flaqman smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 5600 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Üstəlik smartfon 80 vatt gücündə sürətli şarj texnologiyasının və sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə etməlidir. Qeyd etmək lazımdır ki, OPPO Find X8 smartfon seriyası ilk növbədə Çin bazarında təqdim ediləcək. Müəyyən müddətdən sonra isə bu smartfon seriyasını qlobal bazarda da gözləmək olar.
    Paylaş