main-post-cover

    OPPO Find X8 smartfonları iPhone 16 kimi maqnit şarj texnologiyasını əldə edəcəklər

    Cihazlar+
    18.09.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış OPPO Find X8 smartfonları barəsində təfərrüatları təqdim etməkdə davam edir. İnsayderin vermiş olduğu məlumata əsasən OPPO Find X8 smartfonları iPhone 16 modelləri kimi maqnit şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. İnsayder həmçinin bildirib ki, OPPO artıq bu yeni smartfonlar üçün xarici maqnit şarj batareyasını hazırlayır. Təəssüflər olsun ki, xarici maqnit şarj batareyasının hansı gücdə və hansı həcmdə olacağı məlum deyil. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən OPPO Find X8 smartfon seriyasına 3 model daxil olacaq. OPPO Find X8, Find X8 ProFind X8 Ultra. Bu smartfonlar MediaTek Qualcomm prosessorlarını əldə etməlidirlər. Smartfonların bu ilin sonuna kimi təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8-in yeni real fotosu ortaya çıxıb
    oppo-find-x8-in-yeni-real-fotosu-ortaya-cixib
    Hələ təqdim olunmamış qatlana bilən OPPO Find N5 barəsində bəzi təfərrüatlar verilib
    hele-teqdim-olunmamis-qatlana-bilen-oppo-find-n5-baresinde-bezi-teferruatlar-verilib
    OPPO Find X8-in gövdə dizaynını sərgiləyən yeni foto təqdim edilib
    oppo-find-x8-in-govde-dizaynini-sergileyen-yeni-foto-teqdim-edilib
    OPPO şirkəti 3 qat qatlana bilən smartfon üzərində çalışır
    oppo-sirketi-3-qat-qatlana-bilen-smartfon-uzerinde-calisir
    OPPO Find X8 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib