
OPPO Find X8 smartfonları yeni nəsil batareyanı əldə edəcəklər
Cihazlar+
19.07.2024
Emil
OPPO şirkətinin gələn ilin əvvəli üçün gözlənilən OPPO Find X8 flaqman smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə OPPO Find X8 seriyasının sahib olacağı batareya barəsində məlumat verilib. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO Find X8 smartfonları 5800 mAh enerji tutumlu yeni nəsil batareya ilə təchiz olunacaqlar. Söhbət, Glacer Battery adlı yeni nəsil batareyadan gedir.
Məlumata əsasən OPPO şirkəti sözügedən batareyanı OnePlus və CATL şirkətləri ilə birlikdə hazırlayıb. Gözləntilərə əsasən bu yeni nəsil batareya daha böyük enerji sıxlığına və daha uzun xidmət müddətinə sahib olacaq. İnsayderin sözlərinə əsasən OPPO Find X8 smartfonlarının əldə edəcəkləri bu batareya 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən OPPO Find X8 smartfonları Qualcomm və MediaTek prosessorlarını əldə edəcəklər və özlərində Hasselblad şirkətinin kamera sensorlarını birləşdirəcəklər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
