main-post-cover

    OPPO Find X8 smartfonlarının ekran ölçüləri açıqlanıb

    Cihazlar+
    14.08.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder OPPO-nun gələn ilin əvvəlində təqdim edəcəyi OPPO Find X8 smartfonları barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder sözügedən smartfonların ekranları barəsində məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, OPPO Find X8 smartfon seriyasına 3 modelin daxil olacağı gözlənilir. OPPO Find X8, Find X8 ProFind X8 Ultra. Beləliklə insayderin sözlərinə əsasən adi OPPO Find X8 modeli 2760x1256 piksel keyfiyyətli yastı OLED ekranı əldə edəcək. Ekranın ölçüsü isə 6.5-6.6 düym təşkil edəcək.
         OPPO Find X8 Pro modeli öz növbəsində 2760x1264 piksel keyfiyyətli 6.78 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq. Lakin OPPO Find X8 Pro-da ekranın kənarları əyilmiş dizaynda hazırlanacaq. OPPO Find X8 Ultra-ya gəldikdə isə insayder qeyd edib ki, o, 3168x1440 piksel keyfiyyətli 6.8 düym ölçülü LTPO OLED ekranı əldə edəcək və onun da kənar hissələri əyilmiş dizaynda hazırlanacaq. Qeyd etmək lazımdır ki, daha öncə Digital Chat Station xəbər vermişdi ki, OPPO Find X8 və Find X8 Pro modelləri MediaTek Dimensity 9400 prosessoru vasitəsilə, Find X8 Ultra modeli isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli OPPO A80 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a80-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-hansi-prosessorlarla-calisacaqlari-aciqlanib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Büdcəli OPPO A3x smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-a3x-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Find X8 Ultra flaqman smartfonu barəsində ilk rəsmi məlumatlar verilib
    oppo-find-x8-ultra-flaqman-smartfonu-baresinde-ilk-resmi-melumatlar-verilib