
OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
Cihazlar+
13.08.2024
Emil
OPPO şirkəti gələn ilin əvvəlində OPPO Find X8 flaqman smartfon seriyasını təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon seriyasına daxil olacaq modellər barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfon seriyasına 3 model daxil olacaq. OPPO Find X8, Find X8 Pro və Find X8 Ultra.
İnsayder bildirib ki, OPPO Find X8 və Find X8 Pro modelləri yaxın aylarda təqdim ediləcək MediaTek Dimensity 9400 prosessoru vasitəsilə, Find X8 Ultra modeli isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq məlumdur ki, hər 3 model periskop kamera obyektivini və böyük həcmli yeni nəsil batareyaları əldə edəcək. OPPO Find X8 Ultra modelinin Quad HD+ keyfiyyətli ekrana sahib olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
