main-post-cover

    OPPO Find X8 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb

    Cihazlar+
    23.08.2024
    Emil Nəcəfov
         MySmartPrice saytı hələ təqdim edilməmiş OPPO Find X8 Find X8 Pro smartfonları barəsində yeni təfərrüatları təqdim ediblər. Təqdim edilmiş təfərrüatlarda bu smartfonların nə zaman təqdim olunacaqları və bəzi texniki özəllikləri əks olunub. Beləliklə verilmiş məlumatlara əsasən OPPO Find X8 smartfon seriyası oktyabr ayında təqdim olunacaq. Maraqlısı ondadır ki, söhbət, OPPO Find X8 smartfonlarının qlobal versiyalarından gedir. Qeyd etmək lazımdır ki, OPPO şirkəti üstəlik OPPO Find X8 Ultra modeli üzərində də çalışır. Lakin çox güman ki, OPPO Find X8 Ultra eksklüziv olaraq yalnız Çin bazarında satılacaq.
         MySmartPrice tərəfindən təqdim edilmiş məlumatlarda qeyd edilib ki, OPPO Find X8 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym ölçülü ekranı əldə edəcək, MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP + 50 MP + telekamera üçlü arxa kameranı birləşdirəcək və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OPPO Find X8 Pro-ya gəldikdə isə o, 6.8 düym ölçülü ekranı əldə edəcək, MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8-in ilk real fotosu təqdim edilib
    oppo-find-x8-in-ilk-real-fotosu-teqdim-edilib
    Orta büdcəli OPPO F27 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-f27-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli OPPO A3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-a3-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib
    oneplus-13-ile-oppo-find-x8-ultra-nin-on-panelden-nece-gorunecekleri-sergilenib
    OPPO Find X8 smartfonlarının ekran ölçüləri açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ekran-olculeri-aciqlanib