
OPPO Find X8 smartfonlarının qlobal bazarda nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
28.10.2024
Emil
OPPO şirkəti keçən həftə Çində OPPO Find X8 smartfon seriyasını təqdim etdi. Bu seriyaya OPPO Find X8 və Find X8 Pro smartfonları daxil oldular. İndi isə məlum olub ki, sözügedən smartfonlar yaxın zamanda qlobal bazarda da təqdim olunacaqlar. OPPO tərəfindən təqdim edilmiş rəsmi posterə əsasən OPPO Find X8 smartfonlarının qlobal versiyaları noyabr ayında təqdim olunacaqlar. Şirkət dəqiq təqdimat tarixini hələ açıqlamayıb. Yaxın həftələr ərzində bu barədə konkret bir məlumat gözləmək olar. Çox güman ki, OPPO Find X8 smartfonlarının qlobal versiyaları texniki imkanlar baxımından Çində satılan versiyalardan heç də fərqlənməyəcəklər.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
