Logo
    main-post-cover

    OPPO Find X8 smartfonunun dizaynı yeni fotolar vasitəsilə sərgilənib

    Cihazlar+
    27.09.2024
    Emil
         OPPO-nun təqdimata hazırlaşan OPPO Find X8 smartfonlarından birinin fotoları Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıblar. Söhbət, adi OPPO Find X8 modelindən gedir. Ortaya çıxmış fotolarda smartfonun həm ön həm də arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, smartfon ön paneldən iPhone modellərinə bənzəyir. Belə ki, son iPhone modellərində olduğu kimi OPPO Find X8 də yastı gövdə və yastı ekran dizaynını əldə edəcək və üstəlik onun ekran ətrafı çərçivələri olduqca nazik olacaq.
         Lakin iPhone-dan fərqli olaraq OPPO Find X8-in ekranı üzərində Dynamic Island tərzində çıxıntı əvəzinə dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə dairəvi formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd kamera və LED işıqlandırma mövcud olacaq. Son məlumat sızıntılarına əsasən OPPO Find X8 smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə 5600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş