main-post-cover

    OPPO Find X8 Ultra flaqman smartfonu barəsində ilk rəsmi məlumatlar verilib

    Cihazlar+
    25.07.2024
    Emil Nəcəfov
         OPPO şirkəti gələn ilin əvvəlində OPPO Find X8 flaqman smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də OPPO Find X8 Ultra olacaq. İndi isə heç gözlənilmədən şirkət OPPO Find X8 Ultra barəsində ilk məlumatları təqdim edib. Məlumatlar OPPO-nun satış meneceri tərəfindən təqdim edilib. Məlumatlarda smartfonun texniki özəllikləri əks olunmasa da bəzi təfərrüatlar qeyd edilib.
        Beləliklə verilmiş məlumatlara əsasən OPPO Find X8 Ultra smartfonu bu ilin əvvəlində təqdim edilmiş OPPO Find X7 Ultra ilə müqayisədə daha nazik gövdəni əldə edəcək. Qeyd etmək lazımdır ki, OPPO Find X7 Ultra modelinin gövdə qalınlığı 9.5 mm təşkil edir. Bununla yanaşı OPPO təmsilçisi qeyd edib ki, yeni smartfonun arxa kamera sahəsinin gövdə üzərindəki hündürlüyü azalacaq. Sonda isə məlumat verilib ki, OPPO Find X8 Ultra-nın nazik gövdəyə sahib olacağına baxmayaraq o, böyük həcmli batareyanı əldə edəcək. Gözləntilərə əsasən smartfonun batareya həcmi 5000 mAh-dan yüksək olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 smartfonları yeni nəsil batareyanı əldə edəcəklər
    oppo-find-x8-smartfonlari-yeni-nesil-batareyani-elde-edecekler
    OPPO Reno 12F 4G smartfonu təqdim edilib
    oppo-reno-12f-4g-smartfonu-teqdim-edilib
    OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
    oppo-find-x8-flaqman-smartfonu-baresinde-teferruatlar-teqdi-edilib
    OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
    oneplus-ve-oppo-birge-orta-budceli-smartfonlar-ucun-7000-mah-liq-batareya-uzerinde-calisirlar
    OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
    oneplus-ve-oppo-6000-mah-dan-daha-boyuk-hecmli-batareyalara-sahib-smartfonlar-uzerinde-calisirlar