main-post-cover

    OPPO Find X8 Ultra-nın və qatlana bilən OPPO Find N5-in nə zaman təqdim olunacağı məlum olub

    Cihazlar+
    10.10.2024
    Emil Nəcəfov
         OPPO şirkəti dünən OPPO Find X8 flaqman smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 24 oktyabr tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, seriyaya 4 model daxil olacaq. OPPO Find X8, Find X8 Pro, Find X8 Pro Satellite Communication VersionFind X8 Ultra. Lakin 24 oktyabr tarixində bu modellərdən yalnız 3-ü təqdim ediləcək.
         Belə ki, ortaya çıxmış məlumata əsasən OPPO Find X8 Ultra modelinin təqdimatı bir qədər gecikəcək və 2025-ci ilin birinci rübündə baş tutacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, gələn il şirkət OPPO Find X8 Ultra ilə yanaşı OPPO Find N5 adlı yeni qatlana bilən smartfonunu da təqdim edəcək. Qeyd etmək lazımdır ki, bu, OPPO Find N3-ün davamçısı olacaq. Qlobal bazarda OPPO Find N5 smartfonu OnePlus Open 2 adı altında satışa çıxa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    oppo-find-x8-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Təqdimata hazırlaşan OPPO Find X8 Pro-nun ön paneli rəsmi şəkildə sərgilənib
    teqdimata-hazirlasan-oppo-find-x8-pro-nun-on-paneli-resmi-sekilde-sergilenib
    Təqdimata az müddət qalmış OPPO Find X8-in yeni real fotoları təqdim edilib
    teqdimata-az-muddet-qalmis-oppo-find-x8-in-yeni-real-fotolari-teqdim-edilib
    OPPO Find X8 Pro-nun texniki göstəriciləri detallı şəkildə açıqlanıb
    oppo-find-x8-pro-nun-texniki-gostericileri-detalli-sekilde-aciqlanib
    OPPO Find X8 Pro smartfonu AnTuTu testlərində yeni rekorda imza atıb
    oppo-find-x8-pro-smartfonu-antutu-testlerinde-yeni-rekorda-imza-atib