Logo
    main-post-cover

    OPPO Find X9 smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    23.09.2025
    Emil
         OPPO şirkəti öz yeni smartfon seriyası olacaq OPPO Find X9-un təqdimatını anons edib. Şirkətin rəsmi elanına əsasən sözügedən flaqman smartfon seriyası 16 oktyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq: OPPO Find X9Find X9 Pro. Şirkət üstəlik rəsmi şəkildə təsdiqləyib ki, bu yeni smartfonlar MediaTek şirkətinin yenicə təqdim etmiş olduğu Dimensity 9500 flaqman prosessoru vasitəsilə çalışacaqlar. Beləliklə OPPO Find X9 smartfonları Dimensity 9500-ü əldə edəcək ilk smartfonlar siyahısında olacaqlar. Üstəlik OPPO bildirib ki, təqdim olunacaq yeni smartfon seriyasında 7000 mAh-dan daha böyük həcmli batareya istifadə ediləcək.
    Paylaş