Logo
    main-post-cover

    OPPO Find X9-un keyfiyyətli render fotosu təqdim edilib

    Cihazlar+
    02.09.2025
    Emil
         OPPO şirkəti yaxın zamanda OPPO Find X9 flaqman smartfon seriyasını təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq adi OPPO Find X9 modelinin keyfiyyətli render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Son məlumat sızıntılarına inansaq, OPPO Find X9 smartfonu 6.59 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq, MediaTek Dimensity 9500 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək və 80 vatt gücündə sürətli şarj texnologiyalı 7025 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş