OPPO K14 Plus smartfonunu 8 000 mAh batareya ilə təqdim edəcək
“OPPO” şirkəti “OPPO K14 Plus” smartfonunu sentyabrın 29-da Hindistanda tanıdacaq. Tədbir Azərbaycan vaxtı ilə saat 10:30-da başlayacaq. Model yalnız “Flipkart”da satılacaq. Şirkət “Big Billion Days” kampaniyası zamanı alıcılara xüsusi təkliflər veriləcəyini də deyib.
“OPPO K14 Plus”da 6,77 düymlük 1.5K AMOLED ekran olacaq. Ekranın 144 Hz yenilənmə tezliyi menyuda keçidləri və görüntüləri daha axıcı göstərəcək. Parlaqlıq ən yüksək nöqtədə 3 600 nitə çatacaq. Smartfonda “MediaTek 7360 Max” prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş var. Telefon “ColorOS 16” əməliyyat sistemi ilə işləyəcək.
Arxa hissədə 2, ön tərəfdə 1 kamera olacaq. Kameraların ölçüsü və digər xüsusiyyətləri hələ açıqlanmayıb. “OPPO K14 Plus”da 8 000 mAh tutumlu batareya var və telefon 45 Vt gücündə şarjı dəstəkləyəcək. Daha geniş səs üçün 2 stereo dinamik də qoyulub.
Telefonun çox qızmasının qarşısını almaq üçün 5 000 mm² sahəli buxar kameralı soyutma sistemi var. Barmaq izi skaneri ekranın altında yerləşəcək. IP69K qoruma səviyyəsi smartfonun toza və yüksək təzyiqli suya davamlı olacağını göstərir. “OPPO K14 Plus” 2 rəngdə satışa çıxacaq, amma rənglərin rəsmi adları hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...