
OPPO Pad 3 planşetinin təqdimatı anons edilib
Cihazlar+
15.11.2024
Emil
OPPO şirkəti öz yeni planşetinin təqdimatını anons edib. Söhbət, OPPO Pad 3-dən gedir. Şirkətin rəsmi anonsuna əsasən sözügedən yeni planşet 25 noyabr tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, eyni gündə şirkət həmçinin OPPO Reno 13 smartfonlarını da təqdim edəcək. Şirkət təqdim etmiş olduğu fotolar sayəsində OPPO Pad 3-ün xarici görünüşünü sərgiləyib. Son məlumatlara əsasən bu yeni planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11.6 düym ölçülü ekranla təchiz olunacaq. Planşet MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışmalı və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
