
OPPO qatlana bilən Find N3 smartfonu üzərində çalışır
İnsayderlərin verdikləri məlumata əsasən OPPO şirkəti artıq qatlana bilən Find N2 smartfonunun davamçısı üzərində çalışır. Məlumatda qeyd edilib ki, qatlana bilən OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 8 düym ölçülü daxili ekran ilə təchiz olunacaq. Bununla yanaşı insayderlərin sözlərinə əsasən smartfon özündə 4805 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OPPO Find N3-ün iki ədəd ön kamera ilə təchiz olunacağı gözlənilir.
Onlardan biri daxili ekranın üzərində, digəri isə xarici ekranın üzərində yerləşəcək. Xarici ekran üzərindəki ön kamera 20 MP-lik, daxili ekran üzərindəki ön kamera isə 32 MP-lik olmalıdır. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, hal hazırda qatlana bilən smartfon üzərində həmçinin OnePlus şirkəti də çalışır və bəzi məlumatlara əsasən onun qatlana bilən smartfonu OPPO Find N3-ün kopyası olacaq.
Paylaş
Bənzər xəbərlər